BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dana və quzu ətinin qiyməti bahalaşdı

Yeni il bayramı günlərində ölkədə ətin qiymətinin artması müşahidə olunub.

 

Pravda.az xəbər verir ki, hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

 

Satıcılar Trend-ə bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

 

Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.

Tarix: 5 Yanvar 2023, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin