BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda valyutadəyişmə məntəqəsinə qumbara atıldı: Yaralananlar var

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

 

Pravda.az xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

 

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

 

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

APA

Tarix: 5 Yanvar 2023, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin