BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Biz millət deyilik"

"Biz elə xalqıq ki... Millət demirəm, millət olsaq, millətimizin adı olar, bir xalqa ki türk, azərbaycanlı, azəri, moğol, tatar deyələr, demək millət deyilik. Amma bir xalq kimi də özümüzdən başqa hamıya oxşayırıq. Uşağımıza, yaxud hüquqi şirkət yaradıb ona ad qoyaq, fərq eləməz, heç birində özümüzə oxşamırıq. Qloballaşma ilə bağlı məqaləmdə öz övladlarımıza qoyduğumuz ad məsələsinə, ayların adlarının milliləşməsinə toxunmuşdum. İran İslam dövlətidir, niyə fars adlarıdan imtina edib islam adları götürmür? Türkiyə, Çin, Yaponiya da eləcə".


Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli deyib.


T.Kərimli qeyd edib ki, dədə-babadan ayların adı əkin, biçin, çillə və s. olub: "İndi məni öldürürlər, söyürlər ki, Tahir Kərimli gündəmi dəyişir və sair. Ay balam, mən başa düşə bilmirəm, biz nə vaxt özümüzə oxşayacağıq?! Nə qədər ki canımda qüvvə var, çalışacağam ki, xalqım özünə oxşası, başqasına yox. Bu mübarizəmdən geri duran deyiləm. Öz dövlət dilini bilməyən hansı şəxs, qurum hansı milli problemi həll edə bilər? Qarabağ problemini həll edə bilərmi? Rus və ingilis dilini bilən ziyalılarımız var, onlara can qurban. Amma dövlət dili də var axı. Qanunlarımıza riayət edək, özümüzə oxşayaq".Teleqraf.com

Tarix: 2 Aprel 2020, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin