BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketdə qadın satıcını döydü - MƏHKƏMƏ

Sumqayıt Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Lalə Əliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə qadın 1000 manat cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Qayalı” marketdə qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Lalə Əliyeva 2 azyaşlı uşağı ilə birgə həmin marketə gəlib. O, paltarlardan birini almaq istəyən zamanın qiymətinin üzərində olmadığını görüb və satıcı Sənəm Həsənovadan (şərti) soruşub.

 

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsində dediyinə görə, satıcı ona kobud cavab verib. Bu zaman ərəflərin arasında mübahisə düşüb. Nəticədə Lalə Sənəmi təhqir edərək marketdə olan digər işçilərin, müştərilərin və öz uşaqlarının gözü qarşısında onun sifət nahiyəsinə yumruqla vurub. Daha sonra orada olan şəxslər qadınları ayırıb.

 

Sənəm Həsənovanın şikayəti əsasında saxlanılan Lalə Əliyeva barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 6 Yanvar 2023, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin