BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Dövlət başçısı Nərimanov rayonunun adının Heydər Əliyev adı ilə əvəz edilməsi barədə qərar verərsə, alqışlayaram”

Milli Məclisin deputatı Azər Badamov “Heydər Əliyev İli” çərçivəsində paytaxtın Nərimanov rayonunun adının dəyişdirilərək, Heydər Əliyev adı ilə əvəz edilməsi barədə təklifə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, təklifi dəstəkləyir.

 

“Dövlət başçısı belə bir qərar versə, əlbəttə, alqışlayaram. 2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması ümumimilli liderin həyat fəaliyyətinin tədqiq ediməsinə və xalqımız qarşısında olan xidmətlərinin yenidən öyrənilməsinə imkan verəcək. Ulu öndərlə bağlı silsilə tədbirlər təşkil olunacaq, Heydər Əliyevin irsi daha dərindən öyrəniləcək və təbliğ ediləcək. Ulu öndərin adının əbədiləşdirilməsi üçün abidələr ucaldılıb, parklar salınıb, prospektlərə, ictimai əhəmiyyət daşıyan binalara Heydər Əliyevin adı verilib. Təbii ki, xalqımız qarşısında əvəzsiz xidmətlər göstərən bu tarixi şəxsiyyətin adını daha da əbədiləşdirmək üçün inzibati ərazilərə də verilməsini vacib hesab edirəm. Çünki, Heydər Əliyevin adı ilə rastlaşan hər bir şəxsin gözünün qarşısına ulu öndərin titanik fəaliyyəti gəlir. Hansı inzibati ərazilərin adları Heydər Əliyevin adı ilə dəyişdiriləcəyi məsələsi isə dövlət başçısının və Nazirlər Kabinetin qərarları ilə tənzimlənir. Hesab edirəm ki, “Heydər Əliyev İli” çərçivəsində - 2023-cü ildə də ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməlidir. Ulu öndərin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir”, - A.Badamov bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 6 Yanvar 2023, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin