BURADA REKLAMINIZ OLA
BİLƏR

10 gün komadan sonra ölən vəzifəli şəxs imiş

Xəbər verdiyimiz kimi, dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Həsənov Fariz Bayramoğlu 10 gün komada qaldıqdan sonra Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb. Manset.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Həsənov Fariz Bayramoğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində gizir vəzifəsində çalışıb.

 

Mərhum Sumqayıt şəhərində yaşayıb, qəza baş verən gün ailəsi ilə birlikdə rayona istirahətə gedirlərmiş.

 

F.Bayramoğlunun bir azyaşlı qızı var.

Tarix: 6 Yanvar 2023, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin