BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Ukraynaya ilk dəfə bu raketləri verəcək

Növbəti hərbi yardım paketində ABŞ Ukraynaya “Sea Sparrow” zenit raketləri verəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə “Politco” yazıb.

 

“Paketə ilk dəfə olaraq radarla idarə olunan “Sea Sparrow” zenit-raket kompleksləri daxil olacaq. Bu sistemlər təyyarələri və ya qanadlı raketləri tutmaq üçün dənizdən və ya qurudan buraxılmaq imkanına malikdir”, - məlumatda qeyd olunub.

 

Qeyd olunub ki, “Sea Sparrow”un yerüstü variantından yalnız Tayvanda var. ABŞ və müttəfiqləri bu raketin gəmi versiyasını istifadə edirlər.

 

Xəyal Quliyev

Tarix: 6 Yanvar 2023, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin