BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum oldu

Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub.

 

İlkin ekspertiza rəyinə əsasən, onlar dəm qazından boğularaq ölüb.

 

1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu, 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu və 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlunun meyitləri ailələrinə təhvil veriləcək.

 

Hələlik kimliyi bilinməyən şəxsin isə yaxınları axtarılır.

 

Qeyd edək ki, ölənlərən biri Kamran Allahverdiyev 10-cu sinif şagirdi olub. Kamran Allahverdiyev və dostu 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu ötən il dekabrın 31-dən itkin düşüb./APA

Tarix: 6 Yanvar 2023, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin