BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu əmlakların özəlləşdirilməsinə icazə verilir

Fitosanitar nəzarəti xidmətləri özəlləşdirilməsi qadağan edilən Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısından çıxarılır.

 

Pravda.az-ın xəbərinə görə, bu, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

“Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilə bilən dövlət torpaqlarının siyahısından çıxarılır.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirə edilən qanun layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə edilib.

Tarix: 2 Aprel 2020, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin