BURADA REKLAMINIZ OLA
BİLƏR

Kuleba: Fransanın Ukraynaya tank verməsi inqilabi addımdır

Fransa Prezidenti Emmanuel Makronun “AMX-10 RC” tanklarının Ukrayna Silahlı Qüvvələrinə verilməsi ilə bağlı qərarı inqilabi xarakter daşıyır.

 

Pravda.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransanın TF-1 kanalına açıqlamasında deyib.

 

“Prezident Makronun Ukraynanı yüngül tanklarla təmin etmək qərarı həqiqətən inqilabi xarakter daşıyır. Deyəsən, Fransada bu sözləri sevirsiz, elə deyilmi? Bu qərara görə çox minnətdarıq. Bu gün Rusiyaya qarşı müharibədə hər kəs Ukraynaya kömək edə bilər və etməlidir, çünki bu, təkcə ölkəmizin yaşaması üçün deyil, bütün Avropanın mövcudluğu üçün müharibədir”, - deyə Kuleba bildirib.

Tarix: 6 Yanvar 2023, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin