BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq Bakıda mənzildə meyiti tapılan 4 nəfərlə bağlı məlumat yaydı

Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

 

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Tarix: 6 Yanvar 2023, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin