BURADA REKLAMINIZ OLA
BİLƏR

Süleyman Neymətov onları qəbul etdi

Naxçıvan şəhərində tikinti sektorunda çalışmış bir qrup işçi işdən çıxarılmaları və əmək haqlarının verilməməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər.

 

Pravda.az xəbər verir ki, onlar daxili işlər naziri tərəfindən qəbul edilib.

 

Daxili İşlər Nazirliyinin qarşısına toplaşan keçmiş inşaatçılar bildirir ki, 3 ildən artıqdır onlar sözügedən problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət edirlər. Lakin şikayətlərinə baxılmayıb və onlara yeni işlə təmin olunacaqları ilə bağlı yalan vədlər verilib. Etirazçılar iddia edirlər ki, Maliyyə Nazirliyi tərəfindən onlara ayrılan əməkhaqqı mənimsənilib, İşsizlikdən Sığorta Fondundan da heç bir ödəniş edilməyib.

 

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov inşaatçıları qəbul edib və onların problemlərinin tezliklə həll ediləcəyini bildirib.

 

Qeyd edək ki, daxili işlər naziri gün ərzində inşaatçılarla yanaşı, şikayəti olan digər sakinləri də qəbul edib və onların müraciətinə baxılıb.

Tarix: 6 Yanvar 2023, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin