BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevlə bağlı bu tarixdə qərar veriləcək

İctima fəal Bəxtiyar Hacıyevin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses yanvarın 9-na təyin edilib.

 

Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib, ev dustaqlığı ilə əvəz olunması ərizə ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmişdi. Lakin məhkəmə ərzini təmin etməyib.

 

Kamal Məmmədov


Tarix: 6 Yanvar 2023, 19:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin