BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeddinci arvadını və onun nənəsini bıçaqlayan şəxsdən xəbər var

Kürdəmirdə arvadını və onun nənəsini bıçaqlamaqda təqsirləndirilən Hikmət Əhədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 19-na təyin edilib.

 

Qeyd: Ötən il sentyabrın 6-da Lənkəran rayon sakini, 39 yaşlı Hikmət Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində həyat yoldaşı, 24 yaşlı Nargilə Əkbərovanı və onun nənəsi, 62 yaşlı Kifayət Məmmədovanı bıçaqlayıb. 

 

Məlum olub ki, Nargilə Əkbərova hadisədən 3 gün əvvəl Kürdəmirin Topalhəsənli kəndində yaşayan nənəsi Kifayət Məmmədovanın evinə qonaq gəlib. Hadisə günü səhər saatlarında isə onun 3 ay əvvəl ayrıldığı həyat yoldaşı Hikmət Əhədov Nargilə Əkbərovanı geri qaytarmaq məqsədilə həmin evə gəlib.

 

Daha sonra Hikmət Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onların həyatını xilas etmək mümkün olub.

 

İddiaya görə, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan Nargilə Əkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra Nargilə Əkbərova Hikmətdən ayrılaraq Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində Hikmət onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin