BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarova yeni müavin təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib.

 

O, indiyə qədər Vergilər nazirinin müavini olub. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri oğlu S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib. Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub. O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb. Ailəlidir, üç övladı var.Report

Tarix: 2 Aprel 2020, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin