BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının cinayət işi üzrə ibtidai istintaq yekunlaşdı

Bakıda 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Cinayət işində iki zərərçəkmiş qadın var.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

İttihama görə, H.Allahverdiyeva Bakıda şirkət yaratmaq adı ilə daha əvvəl 6 nəfərdən 1,2 milyon manat alaraq onları aldadıb.

 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

 

Daha əvvəl bu işlə bağlı eyni instansiyada hökm cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edib.

 

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun icraatında araşdırılıb.

 

Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H.Allahverdiyevanın sağalması barədə rəy verilib.

 

Bundan sonra məhkəmə qərarı ilə hökm ləğv edilib və işin yenidən araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin