BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi 3 qadını şantaj etdi

Bakıda kişi 3 qadını şantaj etməkdə ittiham olunur.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Quliyev Cəmil Rauf oğlu qadınlardan hədə-qorxu pul tələb edib.

 

Həmin şəxslərin şikayəti əsasında saxlanılan Cəmil Quliyev barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2023, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin