BURADA REKLAMINIZ OLA
BİLƏR

Şabranda 12 gün əvvəl yol qəzasında düşən şəxs xəstəxanada öldü

Şabranda 12 gün əvvəl yol qəzasında düşən şəxs xəstəxanada ölüb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 25.12.2022-ci il tarixdə saat 10:40 radələrində Bakı-Quba-Dagıstan sərhədi yolunun Şabran rayonu ərazisindən keçən 121-ci km-də sürücü Zeynalova Gülnar Məmmədəli qızı idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən Həsənov Bayram Calal oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə toqquçub.

 

Nəticədə Bayram Həsənov və onun idarə etdiyi avtomobildə olan sərnişinlər - Sumqayıt sakini, 1993-cü il təvəllüdlü  Həsənov Fariz Bayram oğlu, 1975-ci il təvəllüdlü Əliyeva Samirə Şamil qızı xəsarət alıb.

 

​Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. ​06.01.2023-cü il tarixdə saat 10:00 da F.Həsənov Sumqayıt şəhərində yerləşən xəstəxanaların birində öldüyündən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilib, istintaq davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2023, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin