BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəlimxan Məmmədli: “Əli İnsanovun hökumətlə anlaşması ilə bağlı iddialar kifayət qədər primitiv yanaşmadır…”

Bir neçə gündür, Haqq və Ədalət Partiyasının (HƏP) sədri, sabiq səhiyyə naziri Əli İnsanovun qızıllarının qaytarılması məsələsi müzakirə olunur. İddia edilir ki, İnsanov hökumətlə anlaşıb, buna görə də əlindən alınan obyektləri geri qaytarılacaq.

 

Məsələyə aydınlıq gətirən HƏP-in Ali Məclisinin sədri Zəlimxan Məmmədli Pravda.az-a açıqlamasında iddiaların əsassız olduğunu deyib.

 

“Bu, bəlli bir mərkəzdir və indiki zamanda öz siyasi konnektur maraqlarına uyğun olaraq mövzunu gündəmə gətirir, “qara saqqız” kimi çeynəyirlər. Partiya rəsmi açıqlamasını verib. Açıqlamada aydın şəkildə iddialar təkzib olunub, deyilib ki, məsələ nədir... Əli İnsanovun hökumətlə anlaşması ilə bağlı iddialar kifayət qədər primitiv yanaşmadır. Madiyyatçı bir düşüncənin publik səviyyədə insanların incə damarlarına həssas yanaşmaq, yaxud divident götürmək məqsədi daşıyır. Bu iddiaların heç bir əsası yoxdur. Əli İnsanov kifayət qədər aydın mövqe ifadə edib. Dövlətçi, milli maraqlara uyğun bir mövqedir. Haqq Ədalət Partiyası bu mövqeni daşıyan partiyadır. İndiki zamanda siyasi uzlaşma, siyasi qütblərarası yaxınlaşma çox vacibdir. Bunu dövlətçiliyimizin maraqlarına uyğun hesab edirik. Sadəcə, bu cür düşüncənin əleyhinə olan zehniyyət belə primitiv metodlarla kütləni çaşqın salmağa çalışır. Buna baxmayaraq, biz aydın hesab etdiyimiz yolumuzu sonadək, milli maraqlarımız təmin olunana qədər davam etdirmək niyyətindəyik”, - Z.Məmmədli bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Yanvar 2023, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin