BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Yollar bağlanıb, rayona gedə bilmirəm”

“İsmayılıda 20 gün, Ağsuda isə 1 ay əvvəl olmuşam. Ağır xəstəm vardı, ürək əməliyyatı keçirdi, bundan başqa seçkilərdən sonra elə oldu ki, tez-tez komitə iclasları keçirildi, Milli Məclisə getməli oldum. Bilirsiniz, İnsan hüquqları komitəsinə sədr müavini seçildim, yeni otağa köçmə prosesi və sair işlərlə bağlı gedə bilmədim, ondan sonra bayram tətili və karantin rejimi başladı. Çoxları elə düşünür ki, deputat ancaq rayonda olmalıdır. İclas günü Bakıya gəlib-qayıtmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, deputatın əsas iş yeri parlamentdir, oradan əmək haqqı alır: “Xüsusən mən komitə sədrinin müavini kimi daim Milli Məclisdə olmalıyam. Fürsət düşən kimi qrafikə uyğun olaraq gedib rayonda görüş keçirəcəyik, rəsmi dövlət qəzetləri bizim görüşlərimizin vaxtını elan edəcək, xalq biləcək ki, biz nə vaxt, harada görüş keçirəcəyik. Yollar bağlanıb, qaydanı pozub rayona gedə bilmirəm. Milli Məclisin sonuncu plenar iclasında məhdudiyyətlərin deputatlara şamil olunmamasına dair qanunlarda dəyişiklik etdik. Yola çıxıb getsəm, məni də saxlaya bilərlər. Deputat statusu toxunulmazdır, amma bu məhdudiyyətlərin deputatlara şamil edilməməsi barədə dəyişiklik birinci oxunuşdan keçib, bəzən bunu polis işçilərinə izah etmək çətin olur, inşallah, yaxın zamanda qanun qəbul olunacaq və hamı biləcək ki, deputat sərbəst hərəkət edə bilər”.Teleqraf.com

Tarix: 2 Aprel 2020, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin