BURADA REKLAMINIZ OLA
BİLƏR

Turqay Hüseynova və Ayxan Rüstəmzadəyə yeni vəzifə verildi

Vəkillərin İxtisas Komissiyasının iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, bunu iclasda Komissiyanın yeni tərkibi formalaşmışdır. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru Turqay Hüseynov sədr, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə isə sədr müavini seçilmişdir.  

 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayev isə Komissiyanın katibi seçilmişdir.

 

Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılmışdır. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.

Tarix: 7 Yanvar 2023, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin