BURADA REKLAMINIZ OLA
BİLƏR

“Meliorasiya və Su Təsərrüfatı” ASC 3,3 milyonluq avtomobil alır

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Hayat Group” MMC olub.

 

Yeniavaz.com xəbər verir ki, dövlət idarəsi avtomobil nəqliyyat vasitələrinin satınalınmasına görə, “Hayat Group” MMC-yə 3 milyon 306 min manat ödəyəcək.

 

Qeyd edək ki, 148 min 520 manat nizamnamə kapitalı olan “Hayat Group” MMC-nin qanuni təmsilçisi İbrahimov Babək Mikayıl oğludur.

 

Məlumat üçün əlavə edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi veb-saytında Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi Əliyev İlqar Əhəd oğlu olduğu qeyd olunub.

Tarix: 7 Yanvar 2023, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin