BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş polis serjantı qətlə yetirildi

Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

"Cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib", - deyə DİN-in məlumatında qeyd olunub.

 

Qeyd olunub ki, A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində serjant kimi xidmət edib.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 8 Yanvar 2023, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin