BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yeniyetmə naməlum xəstəlikdən öldü

Gəncədə 14 yaşlı yeniyetmə naməlum şəraitdə vəfat edib.


Pravda.az oxu.az-a istinadla xəbər verir ki, Qusar rayon sakini 2009-cu il təvəllüdlü Elnur Ulubəyovun şəhərdə kirayə qaldığı evdə halı pisləşib.


O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, ancaq xəstəxanada müayinə zamanı artıq həyatını itirdiyi məlum olub.


Yaxınların Elnur Ulubəyovun ötən gün bir az qızdırması olduğunu bildiriblər.


Faktla bağlı araşdırma aparılır.

Tarix: 8 Yanvar 2023, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin