BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı vəziyyət necədir?

Azərbaycanda yağıntılı hava şəraiti davam edir, qar yağır.

 

Pravda.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

O qeyd edib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz, Daşkəsəndə 5 sm, Qobustanda 4 sm, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm, Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.

 

"Düşən yağıntının miqdarı Astarada 16 mm, Lerikdə 15 mm, Biləsuvarda 9 mm, Qax, Lənkəranda 8 mm, Oğuz, Qəbələdə 7 mm, Qubada 6 mm, Neftçala, Göyçayda 5 mm, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4 mm, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3 mm, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1 mm, Sumqayıtda 9 mm, Bakıda 3 mm, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub".

 

A.Verdiyev onu da qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.

Tarix: 9 Yanvar 2023, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin