BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşlardan birini öldürüb, digərini yaralayan şəxs hökmdən narazıdır

Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.

 

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.

 

Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: Qətli törətməkdə şübhəli bilinən S.Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2023, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin