BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sədərək”dəki yanğında sahibkarlara, görün, nə qədər ziyan dəyib... - AÇIQLAMA

“Sədərək Ticarət Mərkəzində yanğının baş vermə səbəbi barədə, yəqin ki, müvafiq orqanlar araşdırma aparacaq, rəylərini verəcəklər. Lakin vurğulamaq istəyirəm ki, “Sədərək” bazarında, ümumiyyətlə, yanğın təhlükəsizliyi qaydaları gözlənilmir. Bu sahədə pərakəndəlik var. Eyni zamanda “Sədərək”də və Azərbaycanın digər ticarət mərkəzlərində sahibkarlar yanğından sığorta edilmirlər. Risklər böyük olduğu üçün bir çox sığorta şirkəti sahibkarları sığortalamaqdan imtina edir. Beləliklə,  sahibkarların hüquqları pozulur. “Sədərək”də baş verən yanğında zərər çəkən sahibkarlar var ki, onlar da sığortlana bilməyiblər. Hətta istəsələr də, bunu edə bilmirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Ekspert ticarət mərkəzində baş verən yanğın nəticəsində sahibkarlara dəyən maddi ziyandan da danışıb: “Yanğında nə qədər sahibkara zərər dəydiyini hələ dəqiq bilmirik. Orada çox mağaza topdan satışla məşğuldur. Yanğın baş verən sıralarda, bildiyim qədərilə, əsasən məişət malları, elektrik avadanlıqları daha çox satılırdı. Bugünkü qiymətləri, iqtisadi vəziyyəti nəzərə alsaq, əminliklə deyə bilərəm ki, ən azı hər mağazada 50 min manatdan az mal ola bilməz. Belə olsaydı, həmin mağazalar sahibkarlıq subyekti kimi dövriyyə edə bilməzdilər. Hər mağazaya, təxminən, 50 min manat zərər dəyibsə, ümumi zərəri sahibkarlara dəyən ümumi zərərdən hesablamalıyıq. Minimum 50 min dedim, daha böyük məbləğ olması mümkündür”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Yanvar 2023, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin