BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan Azərbaycana qanunsuz dərman gətirən şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz dərman preparatlarını gətirməkdə təqsirləndirilən Sahib Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, 1984-cü il təvəllüdlü Sahib Məmmədov 2021-ci ilin mart ayında Rusiyanın Moskva şəhərində olarkən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri  - dərman preparatlarını satış məqəsdi ilə Azərbaycana gətirmək istəyib. Belə ki, o, Moskva şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən və mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibindəki sibutramin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 8,10 qram təşkil edən 6 qutuda cəmi 54 konvolyutda 540 ədəd həb “Reduksin" dərman preparatını idarə etdiyi “Mersedes Benz” markalı yük avtomobilinin kabinasında yataq yerinin altında yerləşən soyuducunun arxa hissəsində saxlayıb.

 

Sahib Rusiyadan Azərbaycana gələrkən Qusar rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda  gömrük sərhədindən gömrük nəzarəti zamanı saxlanılıb və həmin dərmanlar aşkarlanaraq götürülüb.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2023, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin