BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtobusda cibgirlik edən şəxsə elektron qolbaq taxıldı

Binəqədi Rayon Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Zəfər Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Zəfər Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəzlənib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

İttihama görə, hadisə 19 sentyabr 2022-ci il tarixdə, saat 11:05-də paytaxtın Binəqədi rayonu, DSK yolu adlanan ərazidə 92 saylı marşrut xətti ilə hərəkətdə olan “Daewoo” markalı avtobusda qeydə alınıb.

 

Belə ki, 1981-ci il təvəllüdlü Zəfər Vəliyev əlini avtobusda olan digər sərnişin Maya Səfərovanın (şərti) çiynindən açılmış əl çantasına salıb, içərisində ümumilikdə 477 manatlıq pulu cibgirlik yolu ilə ələ keçirib.

 

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2023, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin