BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Missiyamızdan biri erməni vətəndaşlarımızı bir ovuc “bandit”in əlindən, girovluğundan qutarmaqdır"

“Xankəndində yaşayan erməni sakininin insanlarımıza yaxınlaşaraq onlardan humanitar yardım istəməsi, yemək, siqaret və s. xahiş etməsi, təbii ki, düşündürücüdür. Bilirsiniz ki, Laçın yolu rus sülhməramlıları tərəfindən kəsilmişdi. Hazırda həmin yol humanitar yardımlara açıqdır. Hər gün rus sülhməramlılarının avtomobilləri o yoldan keçir, humanitar ərzaqla bağlı heç bir problem yoxdur. Bu, Qarabağda keçirilən ekoloji aksiyanın humanitar dəyərlərə böyük önəm verdiyini göstərir. Digər vacib məqam budur ki, aksiya Araik və Vardanyanın təlqin etdiyi vəhşi simanı girovluqda qalan ermənilər qarşısında yırtdı, azərbaycanlıların isə sülhü seçməsini, ərazilərimizdə inkişafın tərəfdarı olduqlarını göstərdi. Bu proses davam etməlidir. Erməni vətəndaşlarımız gec-tez anlayacaqlar ki, nə onlar köçən, nə də biz harasa gedənik. Yalnız cinayətkarların başını əzməklə sadə vətəndaşlar Azərbaycan Konstitusiyasına uyğun yaşamalıdırlar. Gələcəkdə bu məsələlər həllini tapacaq…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, Xankəndi-Şuşa yolundakı aksiya artıq 29 gündür, davam edir və məqsədə çatmaq yolunda önəmli addımlar atılır:

“Azərbaycanın dünyaya təqdim etdiyi brendləri var. Onlardan biri xalqımızın, dövlətimizin tolerant, multikultural dəyərlərə böyük önəm verməsidir. Dünyada müharibələrin, terrorun baş alıb getdiyi, ədalətsiz qərarların verildiyi bir zamanda Azərbaycan xalqı özünün sülhpərvər, tərəqqipərvər obrazını təqdim etməkdədir. Bu aksiya ilə həm də göstəririk ki, ölkəmizdə baş verən hadisələrə biganə, laqeyd deyilik. Bu aksiya həm suveren ərazilərimizdə bir qrup cinayətkarın at oynatmasına, onların sərvətlərimizi talan, istismar etməsinə, həm də vətəndaşlarımız olan ermənilərin girovda saxlanılmalarına qarşı etiraz akiyasıdır. Biz həm də ermənilərin haray-həşirlərinə, hər gün Vardanyan, Araik Arutyunyan və digərlərinin yalançı, vay-şüvənlərinə qarşı dözüm nümayiş etdirərək daha çox sülhpərvər missiyamızı dünyaya göstərir, bəyan edirik. Unutmayaq ki, Azərbaycan çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə kifayət qədər milli azlıqlar yaşayır. Qarabağda yaşayan erməni vətəndaşlarımız ölkəmizdə yaşayan digər xalqlarla Konstitusiyaya uyğun bərabər hüquqlara malikdirlər. Missiyamızdan biri də erməni vətəndaşlarımızı bir ovuc “bandit”in əlindən, girovluğundan qutarmaqdır”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Yanvar 2023, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin