BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əli Kərimlinin sosial şəbəkədə paylaşımı onların saxtakar olduqlarının göstəricisidir”

“Əslində AXCP sədri Əli Kərimlinin “Facebook” səhifəsində paylaşdığı status, əlbəttə, bir daha onların iç üzlərinin göstəricisidir. Burada təəccüblü bir şey yoxdur, çünki artıq uzun illərdir, radikal düşərgədə qərarlaşan və Azərbaycan dövlətçiliyinə, xalqımıza qarşı xəyanətkar siyasət aparan Əli Kərimli və onun ətrafındakı beş-on nəfər anti-milli qüvvənin əslində iç üzləri elə bundan ibarətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

“Əli Kərimlinin paylaşımı bir daha özünün və ətafında olan anti-milli qüvvələrin saxtakar olduqlarının, atdıqları hər bir addımın, aldıqları nəfəsin saxta olduğunun bariz nümunəsidir. Bu  cür addımlarına görə xalq da onlardan üz döndərib, 3-5 nəfərdən ibarət dəstə şou yaratmaqla məşğuldur”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Yanvar 2023, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin