BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfərə qarşı 200 minə yaxın dələduzluq edən “makler”ə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vaqif Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Vaqif Həsənov Sumqayıtda iki vətəndaşın etibarından istifadə edərək onların ümumilikdə 198 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Belə ki, ev alqı-satqısı (“makler”) ilə məşğul olan təqsirləndirilən şəxs təmirsiz evləri alıb təmir etdirib satırmış. Vaqif həmin şəxslərdən də bu yolla pul alaraq qazanc əldə edəyəci vədini verib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin