BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini söyüş üstündə bıçaqlayan şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Həsənağa Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə ötən ilin aprel ayının 26-da Siyəzən rayonu, Zarat kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 1977-ci il təvəllüdlü Həsənağa Məmmədov əkin sahələrini suvarmaq üçün həmkəndlisi Nəzərəli Əsədovla (soyadı şərti) aralarında mübahisə yaranıb. Bu zaman Nəzərəli onun ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra Həsənağa ona 4 bıçaq zərbəsi endirib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Həsənağa Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

 

Qeyd: Həsənağa Məmmədov daha əvvəl narkotikə görə məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin