BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin (Əli-Səftər) yaxın qohumudur.

 

Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 10 Yanvar 2023, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin