BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: "Ağ Partiyada kütləvi istefaların olmasından deyil, qəbullardan xəbərimiz var"

Ağ Partiyanın sədri Tural Abbaslı partiyada kütləvi istefalar olması və partiyanın parçalanmaq üzrə olduğu barədə iddialara münasibət bildirib.

 

T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, məlumatlar həqiqəti əks etdirmir.

 

“Ağ Partiyada kütləvi istefaların olmasından deyil, kütləvi qəbullardan xəbərimiz var. Azərbaycanda hər həftə ən çox üzv qəbul olan partiya bizim partiyamızdır. Ən azı 70-100, hətta elə həftələr olur ki, 200-300 arası yeni üzv müraciət edir. Kütləvi istefalar olduğu deyilən partiyada partiyanın tələblərini, qaydalarını, Nizamnaməsini pozan kimlərsə mütəmadi olaraq partiyadan xaric olunur, vəzifədən uzaqlaşdırılırsa, yaxud kimlərəsə yeni vəzifələr verilirsə, bu, təbii, orqanik prosesdir. İstənilən partiyada belədir. Ağ Partiyada kütləvi istefalar yoxdur. Bunu kim iddia edirsə, o, daha dəqiq məlumat verə bilər. Ağ Partiya böyüməkdə, inkişaf etməkdədir. Partiyamız həmişəki kimi üzvlərinin sayını artırmağa davam edir”, - T.Abbaslı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Yanvar 2023, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin