BURADA REKLAMINIZ OLA
BİLƏR

"Muğanbank" "Azsığorta" şirkətini məhkəməyə verdi

"Muğanbank" ASC "Azsığorta" ASC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Muğanbank" sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin