BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ şirkəti Ukrayna üçün raket sistemləri istehsal edir

ABŞ-ın “L3Harris Technologies” şirkəti Ukrayna üçün 14 ədəd “VAMPİRE” modul raket sistemi istehsal edəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilib.

 

“Pentaqonla bağlanmış müqaviləyə əsasən, şirkət bu sistemləri ABŞ hökumətinin təqdim etdiyi avtomobillərə quraşdıracaq. Raket sistemlərinin hamısı 2023-cü ilin sonuna qədər təhvil veriləcək”, - də şirkətin verdiyi mlumatda qeyd olunub.

 

Müqavilənin qiyməti 40 milyon dollardır.

 

Qeyd olunub ki, “VAMPİRE”lər Ukraynanın quru qoşunlarına düşmənin pilotsuz təyyarələrini müəyyən etməyə və vurmağa, həmçinin düşmənin yerüstü təhdidlərindən müdafiə etməyə imkan verəcək. Sistemlər Ukraynaya mülki infrastrukturu hücumlardan qorumaq üçün kritik müdafiə təmin etmək üçün nəzərdə tutulub.

 

Xəyal Quliyev

Tarix: 10 Yanvar 2023, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin