BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusla bağlı 2 həftədən sonra müsbət dönüş başlaya bilər – Operativ Qərargah

“Bütün qayda və tələblərə riayət olunduğu halda koronavirusla bağlı 2 həftədən sonra müsbət istiqamətə dönüş başlaya bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ. Məmmədov deyib ki, bu, vətəndaşlar karantin rejiminə əməl etdikdə mümkün olar: “Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməyəcək, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”.

Tarix: 2 Aprel 2020, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin