BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevə yaxın qohumlarla görüş və telefonla danışmağa icazə verdi

Bakı Apellyasiya Məhkəməsində ictima fəal Bəxtiyar Hacıyevin barəsindəki məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.

 

O qeyd edib ki, Bəxtiyar Hacıyevin telefon danışıqlarına və görüşünə qoyulmuş məhdudiyyət qismən qanunsuz hesab olunub: "Yaxın qohumlarla görüş və telefonla danışığına qoyulmuş məhdudiyyət qanunsuz hesab edildi, o hissədə görüşə və telefon danışığına icazə verildi. Qalan hissədə şikayətimiz təmin edilmədi". 

 

Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib, ev dustaqlığı ilə əvəz olunması ərizə ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmişdi. Lakin məhkəmə ərzini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 10 Yanvar 2023, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin