BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücünün ehtiyatsızlığı ölümlə nəticələndi

Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.


Bu barədə Pravda.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.


Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.


Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 10 Yanvar 2023, 23:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin