BURADA REKLAMINIZ OLA
BİLƏR

Dayısı oğlunu öldürən şəxs hökmdən narazıdır

Ağstafada qətl törətməkdə təqsirləndirilən Əli Əsgərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Ağstafa rayonunun Köçüəsgər kəndində qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

 

O, hadisə yerində dünyasını dəyişib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və Əli Əsgərov saxlanılıb.

 

Çingiz Vəlizadə Əli Əsgərovun dayısı oğludur.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2023, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin