BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını “moyka”da döyən kişiyə elektron qolbaq taxıldı

Ağdaş Rayon Məhkəməsində keçmiş arvadını döyməkdə təqsirləndirilən Qafur Səlimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Qafur Səlimov avtomobil yuma məntəqəsinin yaxınlığında keçmiş arvadı Sənəm Məmmədova (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə qadının keçmiş ərinin işlədiyi obyektə gələrək qaz balonunu doldurub-doldura bilməyəcəyini soruşub. Bu zaman Qafur bir dəfə yumruqla qadının sifət və bir dəfə də təpiklə bel nahiyələrindən qəsdən vurub. Nəticədə Sənəmdə beyin silkələnməsi, başın təpə-ənsə nahiyəsində şişkinlik yaranıb.

 

Hadisədən sonra Sənəm Məmmədova Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumat verib.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Qafur Səlimov barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin