BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məktəblinin öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı

Bakıda məktəblinin öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Əkbərov Vaqif Yusif oğlu yol vərəqəsi əsasında idarə etdiyi 44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusu ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə metronun "Xalqlar dostluğu” stansiyasından “Əhmədli” stansiyası istiqamətində hərəkətdə olarkən Məhəmməd Hadi küçəsi 3 ünvanında yolu soldan sağa keçməyə çalışan piyada, 2007-ci il təvəllüdlü İ.Göyüşovu vurub. Nəticədə məktəbli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin