BURADA REKLAMINIZ OLA
BİLƏR

“Niva”nı çaya aşıran şəxsin sürücülük hüququ yox imiş - TƏFƏRRÜAT

Lənkəranda 2 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran rayonunun Əşlə kənd sakini, 1976-cı il təvəllüdlü Mirzəyev Şəmsi Əli oğlu sürücülük hüququ olmaqla idarə etdiyi “Niva” markalı avtomobillə yanvarın 9-u saat 16 radələrində Lənkəran-Lerik avtomobil yolunun Əşlə kəndi ərazisində üzü Lerik rayonu istiqamətində hərəkətdə olan vaxt yolun qarlı və sürüşkən olması səbəbindən nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

 

Bu zaman avtomobil getdiyi istiqamətdə körpünün sağ tərəfindən çaya aşıb. Nəticədə sürücünün özü və avtomobildə sərnişin qismində olan - Lənkəran rayonunun Siyablı kənd sakini, 1976-cı il təvəllüdlü Bayramov İlqar Əbdülrəhman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin