BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxan Rüştü reanimasiyadadır

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin müalicəsi davam edir.

 

Pravda.az xəbər verir ki, bu barədə sabiq oyunçunun həyat yoldaşı Işıl Rəçbər məlumat verib.

 

O, Rüştünün hazırda reanimasiyada olduğunu vurğulayıb: “Müalicə yaxşı istiqamətdədir. Xəstəlik bir anda baş verdi. Virus birbaşa ağciyərə keçdi. Nəfəs darlığı olduğu üçün həkimlər müdaxilə etdi. Hələ ki, reanimasiyadadır”.

 

Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanıb.Report

Tarix: 2 Aprel 2020, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin