BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Ağcabədi rayonunda dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 11 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində 1996-cı il təvəllüdlü Quliyev Ayxan Elçin oğlu sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobillə Ağcabədi rayon Muğanlı-Hüsülü kənd avtomobil yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində, təxminən, 90 km/s sürətlə hərəkətdə olan zaman idarə etməni itirib.

 

Bu zaman o, əks istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Cəfərov İsa Mirələm oğlunun idarə etdiyi “Priora” markalı avtomobilin qarşı tərəfi ilə toqquşub. Nəticədə “Priora” markalı avtomobildə olan sərnişin, 1972-ci il təvəllüdlü Abbasov Rəşadət Allahverdi oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb, həmin maşının sürücüsü Cəfərov İsa Mirələm oğlu, həmin qəsəbə sakini, 1963-cü il təvəllüdlü Həmidova İradə Müzəffər qızı, “Mercedes” markalı avtomobildə olan sərnişinlər - 1998-ci il təvəllüdlü Cəfərzadə Rahib Cəfər oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şəmil Atəş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 12 Yanvar 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin