BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq bank rəhbəri ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə ləğv prosesində olan “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova və bankın digər 3 vəzifəli şəxsi - Elnur Həmidov, Eşqin İsmayılov, Anar Həsənovun barəsindəki qərardan verilən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

 

Qeyd: P.Novruzovanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, küllü miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 195.2-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 313-cü (Vəzifə saxtakarlığı) və digər şəxslərin barəsində isə 313-cü və 308.2-ci maddələri ittiham irəli sürülüb.

 

Xatırlatma: 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Gəncəbank" ASC müflis elan edilib.

 

Kamal Məmmədov

Tarix: 12 Yanvar 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin