BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsuda aşpaz işləyən qadının koronavirusa yoluxması ilə bağlı deputatdan AÇIQLAMA

Ağsu rayon sakini 1956-cı il təvəllüdlü Nazikə Nəsibovadan koronavirus infeksiyası ilə əlaqədar götürülən tibbi testin nəticəsi pozitiv çıxıb.

 

Milli Məclisə Ağsu rayonundan seçilən deputat Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, həmin qadın rayonun "Şlanba" adlanan ərazisindəki kafelərin birində aşpaz işləyir: “O, Qobustan rayonundakı yerləşən karantin xəstaxasına aparılıb”.

 

T.Kərimli bildirib ki, N.Nəsibovanın bütün yaxın qohumları, onu müayinə edən həkimlər, kafedə işləyənlər, kafeyə gələnlər müvafiq yoxlamadan keçirlər: “Yoxlamadan keçənlər arasında tibbi testin nəticəsi pozitiv çıxan olmayıb. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevlə, o cümlədən əlaqədar qurumlarla danışmışam. İcra başçısı bildirdi ki, vəziyyət nəzarətdədir. Həmin kafenin yanında, qadının qardaşlarının evlərinin yaxınlığında postlar qurulub. İnsanları panikaya düşməməyə çağırıram, vəziyyət stabildir. Ümid edirik ki, Nazbikə xanım tezliklə sağalacaq, çünki ağırlaşma halı yoxdur, vəziyyəti yaxşıdır. Mənə verilən məlumatda qeyd olunub ki, qadın növbəti mərhələdə də tibbi testdən keçəcək. İlkin nəticəyə əsasən, ona koronavirus xəstəsi də demək olmaz. Xahişim odur ki, özündə narahatlıq hiss edən, kafeyə müştəri kimi kimlər gəlibsə, müraciət etsinlər, yoxlansınlar”.

 

Deputat seçicilərinin ona tibbi maska qıtlığı ilə əlaqədar müraciət etdiyini də qeyd edib: “Onları əmin edirəm ki, yaxın vaxtlarda tibbi maskalar istehsal olunacaq, bu problem həllini tapacaq. Bir daha çağırış edirəm, insanlar panikaya düşməsinlər, hər şey yaxşı olacaq. Sadəcə, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət edilməlidir, hamı evdə qalmalıdır, ən yaxşı müalicə özünü qorumaqdır. Bir nəfərin özünü qoruması, cəmiyyəti qoruması deməkdir”.

 

Kənan MİRZƏYEV

Fotoları təqdim edirik
Tarix: 2 Aprel 2020, 16:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin