BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.

 

Pravda.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən və Rəşad İlham oğlu Kəsəmənskiyə məxsus olan bağ evinin mühafizə otağından orada mühafizəçi işləyən Şuşa sakini Samir Muradovun meyiti tapılıb. Meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. S.Muradovun infarkt səbəbindən dünyasını dəyişdiyi ehtimal edilir.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, R.Kəsəmənski biznes fəaliyyəti ilə məşğul olur.

 

Qafqazinfo

Tarix: 12 Yanvar 2023, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin