BURADA REKLAMINIZ OLA
BİLƏR

“Coca-Cola” Azərbaycanda fəaliyyətini dayandırır?

Türkiyənin “Anadolu Qrup” şirkətinin törəmə müəssisəsi “Coca-Cola İçecek” istehsal etdiyi bitki çayı “Doğadan”ın satış və çatdırılma fəaliyyətini aprelin 30-dan etibarən dayandıracağını açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu ayın sonundan etibarən şirkət Azərbaycan, Türkiyə və Qazaxıstanda “Doğadan” markasının satış və çatdırılmasını dayandırır.

 

Qeyd edək ki, türk bitki çay markası olan “Doğadan” “Coca-Cola İçecek” tərəfindən 2007-ci ildə 50 milyon ABŞ dollarına satın alınıb.

 

Şirkətin səhmlərinin 50,3%-i “Anadolu Qrup”a, 20,1%-i "Coca-Cola Co"ya, 3,7%-i “Özgörkey Holdinq”ə məxsusdur, qalan 25,9%-lik səhm paketi isə birjalarda dövriyyədədir.

Tarix: 2 Aprel 2020, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin